AZ

“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

İnnovasiya və sürət lideri “Bakcell” ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə tərəfdaşlığını genişləndirərək rəqəmsal yeniliklər və müştəri məmnuniyyəti istiqamətində növbəti addımı atır.  Bu təşəbbüs nəticəsində istifadəçilərə seçilmiş “Birbank” filiallarında “Bakcell” nömrələrinin təqdimatı və “Birbank” mobil tətbiqi vasitəsilə tam inteqrasiya olunmuş aktivləşdirmə təklif olunur. Tərəfdaşlığın əsas məqsədi innovasiya əsasında müştəriyönümlü və funksional xidmət modelinin formalaşdırılmasıdır.

Qeyd edək ki, “Bakcell” nömrələri “Birbank”ın “Gənclik Mall”, “Sahil”, “28 Mall”, “Binəqədi” və “Sumqayıt” filiallarında quraşdırılmış xüsusi stendlər vasitəsilə təqdim olunur. İstifadəçilər stend və ya SIM paketinin üzərindəki QR kodu “Birbank” tətbiqi ilə skan edərək nömrəni tam rəqəmsal və sürətli şəkildə aktivləşdirə, daha sonra “Bakcell”in “Birinci” tarif paketindən faydalana bilərlər. Bu tarifə qoşulan müştərilər, həmçinin “Trendyol”, “Umico”, “m10” və “Birbank” platformalarından istifadə zamanı xüsusi fürsət və əlavə imkanlar əldə edəcəklər. Yaxın gələcəkdə isə digər “Birbank” filiallarında da yeni “Bakcell” stendlərinin quraşdırılması planlaşdırılır.

Əlavə olaraq, nömrələr “Əhmədli” ərazisində, həmçinin “Koroğlu”, “20 Yanvar” və “Şah İsmayıl Xətai” metro stansiyalarının yaxınlığındakı “Bravo” hipermarketlərində yerləşən “Bakcell” stendlərindən də əldə edilə bilər.

Bu təşəbbüs “Bakcell”in müştəriyönümlü yanaşmasını əks etdirən və müştəri təcrübəsinin hər mərhələsində rəqəmsal yeniliyi təşviq edən növbəti uğurlu addımdır.

“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Seçilən
0
28
veteninfo.az

10Mənbələr