AZ

Çin rəsmisi: ABŞ-la ticarət danışıqları konstruktiv keçib

Çin ilə ABŞ arasında ticarət danışıqları açıq, dərin və konstruktiv keçib.

AZƏRTAC xəbər verir ki, bunu Çinin kommersiya nazirinin müavini, Çinin beynəlxalq ticarət nümayəndəsi Li Çenqan Cenevrədə keçirilmiş ikigünlük danışıqları şərh edərkən deyib.

Nazir müavini Çin və ABŞ-ın qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında danışıqlar apardığını, müzakirələrin peşəkar və səmərəli olduğunu qeyd edib. Onun sözlərinə görə, hər iki tərəf bir-birinin narahatlığını nəzərə alıb, Çin-ABŞ ticarət-iqtisadi əməkdaşlığının sabit, rasional və davamlı inkişafı üçün səy göstərib.

Qeyd edək ki, mayın 10-11-də Cenevrədə Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair danışıqlar keçirilib. Danışıqlarda Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı Lifen, ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Besent rəhbərlik edib. Bu, Donald Trampın hazırkı prezidentliyi dövründə iki ölkə arasında rüsum və ya ticarət müharibəsi başlayandan bəri ilk yüksəksəviyyəli təmasdır. Çin tərəfi görüşün ABŞ-ın istəyi əsasında baş tutduğunu açıqlayıb.

Donald Tramp administrasiyası Çin mallarına tətbiq olunan idxal rüsumlarını mərhələli şəkildə artıraraq 145 faizə yüksəldib. Buna cavab olaraq, Çin ABŞ-dan idxal edilən mallara gömrük rüsumlarını 125 faizə qaldırıb.

Seçilən
0
43
yeniazerbaycan.com

10Mənbələr