AZ

Ali məktəblərə keçid balları arta bilər

Bu il ali məktəblərə keçid balları arta bilər. Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin artım müşahidə olunur:

 

Ən çox abituriyent sayının artımı isə 2 və 3-cü ixtisas qrupundadır. 2-ci ixtisas qrupunda ötən il ilə müqayisədə abituriyentlərin sayı 3 minə yaxın artıb. Əlbəttə, bu, rəqabət mühitini artıracaq. Həmçinin bu il ali məktəblərə qəbul plan yerləri ötən il ilə müqayisədə çoxdur. Amma bu, heç də abituriyentlərdə arxayınlıq yaratmasın", - deyə ekspert vurğulayıb.

 

Tarix: 12 May 2025, 02:22   
Seçilən
0
22
pravda.az

10Mənbələr