Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr nazirinin müavini Levente Magyar bildirib ki, Macarıstan Ukrayna ilə Zakarpatyadakı macar azlığının hüquqlarına dair planlaşdırılan görüşü casus qalmaqalı səbəbindən ləğv edib.
Musavat.com REN TV-yə istinadən xəbər verir ki, Macarıstan Xarici İşlər Nazirliyinin rəis müavini bundan əvvəl Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olha Stefanişina ilə mayın 12-də Ujqorodda görüşün keçirilməsi barədə razılığa gəlib.
"Macarıstan-Ukrayna münasibətlərində son bir neçə gündə baş verən hadisələr vicdanlı, konstruktiv məsləhətləşmələrə imkan vermir", - Magyar Facebook-da yazıb*.
Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovacs bildirib ki, ölkə hakimiyyəti Ukraynanın Macarıstanın suverenliyinə xələl gətirməsinə imkan verməyəcək.
Bundan əvvəl, mayın 9-da Macarıstanın xarici işlər naziri Peter Szijjarto Ukrayna səfirliyində gizli işləyən iki kəşfiyyatçının ölkədən çıxarıldığını açıqlamışdı.
Musavat.com