Atəşkəs Rusiya və Ukrayna arasında danışıqlara başlamaq üçün ilk addım olmalıdır.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da paylaşımında bildirib.
Ukrayana Prezidenti qeyd edib ki, rusiyalıların nəhayət, müharibənin başa çatması barədə düşünməsi yaxşı əlamətdir: “Bütün dünya bunu çoxdan gözləyir. Müharibənin başa çatması üçün ilk real addım atəşin dayandırılmasıdır. Atəşi artıq mayın 12-dən dayandırmaq lazımdır. Bir gün belə öldürməyə davam etmək mənasızdır. Gözləyirik ki, Rusiya mayın 12-dən atəşin tam, uzun müddətli və etibarlı şəkildə dayandırılmasını təsdiqləyəcək. Ukrayna Rusiya ilə görüşə hazırdır”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Moskva və Kiyev arasında danışıqların bərpasını təklif edib.