Rusların, nəhayət, müharibəni bitirmək barədə düşünməsi yaxşı əlamətdir.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" səhifəsində yazıb.
"Dünyada hər kəs bunu çoxdan gözləyirdi. Hər hansı müharibəni həqiqətən bitirmək üçün ilk addım atəşkəsdir", - deyə Zelenski əlavə edib.
Prezident bildirib ki, bir gün də olsa, qətli davam etdirməyin mənası yoxdur.