AZ

Zelenski: Ukrayna Rusiya ilə görüşə hazırdır, sabahdan atəş dayandırılsın

Atəşkəs Rusiya və Ukrayna arasında danışıqlara başlamaq üçün ilk addım olmalıdır.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”-da paylaşımında bildirib.

Ukrayana Prezidenti qeyd edib ki, rusiyalıların nəhayət, müharibənin başa çatması barədə düşünməsi yaxşı əlamətdir: “Bütün dünya bunu çoxdan gözləyir. Müharibənin başa çatması üçün ilk real addım atəşin dayandırılmasıdır. Atəşi artıq mayın 12-dən dayandırmaq lazımdır. Bir gün belə öldürməyə davam etmək mənasızdır. Gözləyirik ki, Rusiya mayın 12-dən atəşin tam, uzun müddətli və etibarlı şəkildə dayandırılmasını təsdiqləyəcək. Ukrayna Rusiya ilə görüşə hazırdır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Moskva və Kiyev arasında danışıqların bərpasını təklif edib.
Seçilən
0
14
sherg.az

10Mənbələr