AZ

"Sabah Ərdoğanla danışacam" - Putin

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin gecə saatlarında gözlənilmədən mətbuat konfransı keçirib. 
 
 Rusiya lideri çıxışı zamanı Kiyevi yenidən atəşkəslə bağlı danışıqlara çağırıb. 
 
Onun sözlərinə görə, Ukrayna tərəfi Pasxa bayramı zamanı atəşkəsi beş min dəfədən çox pozub: "Rusiya dəfələrlə atəşkəs təşəbbüsləri irəli sürüb, lakin Kiyev enerji obyektlərinə zərbələr endirmə moratoriumunu pozub və Pasxada atəşkəsə əməl edilməyib.
 
Biz üçüncü dəfə mayın 9-da atəşkəs elan etdik. Atəşkəs rejimi Kiyev rejimi tərəfindən pozuldu.
 
Biz dəfələrlə atəşkəs üçün addımlar təklif etmişik və heç vaxt Ukrayna tərəfi ilə dialoqdan imtina etməmişik. Bir daha xatırladıram: 2022-ci ildə danışıqları kəsən biz yox, Ukrayna tərəfi idi". 
 
Buna baxmayaraq, Rusiya prezidenti qeyd edib ki, Moskva heç bir ilkin şərt olmadan Ukrayna ilə birbaşa danışıqları bərpa etmək istəyir: "Bununla əlaqədar, hər şeyə baxmayaraq, biz Kiyev hakimiyyətinə danışıqları bərpa etməyi təklif edirik.
 
Rusiya mayın 15-də İstanbulda dialoqa başlamağa hazırdır. Sabah prezident Ərdoğanla danışacam". 
Seçilən
0
1
moderator.az

10Mənbələr