AZ

Ağır yol qəzası iki qardaşın ölümü ilə sonlandı - Biri Vətən müharibəsi iştirakçısı olub

Bu gün Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən avtomobil yolunun 135-ci km-də qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan iki qardaşdan biri, Fərzəliyev Elməddin Vətən müharibəsi iştirakçısı olub.
 
Hadisə zamanı həlak olan qardaşlar Şabran rayonunun Gəndov kənd tam orta ümumtəhsil məktəbinin məzunları olublar.
 
Fərzəliyev Elməddin və Fərzəliyev Əmrəlinin fotolarını təqdim edirik:
 
 
 
16:16
 
Şabran rayonunda iki nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsinə ilkin səbəb sürücünün idarəetməni itirməsi olub.
 
Bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.
 
"Hadisə bu gün saat 08:00-da, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən 135-ci km-də qeydə alınıb.
 
Sürücü Əmralı Qədmalı oğlu Fərzəliyev idarə etdiyi VAZ-21154 markalı 99-TH-175 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itib və yoldan çıxan avtomobil ağaca çırpılıb. Nəticədə sürücü özü və sərnişini olan qardaşı Elməddin Qədmalı oğlu Fərzəliyev Hadisə yerindəcə həlak olublar. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
 
 
14:06
Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
 
Moderator.az-ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər. 
 
Hadisə ilə bağlı araşdırma aparılır.
 
Seçilən
0
6
moderator.az

10Mənbələr