10 may tarixində Medianın İnkişafı Agentliyinin kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
"Unikal" xəbər verir ki, ziyarətdə Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.