BAKI, 10 may. TELEQRAF
İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real Sosyedad" komandasının futbolçusu Martin Subimendi ilə razılıq əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, ispaniyalı yarımmüdafiəçi London təmsilçisi ilə uzunmüddətli müqaviləyə razılıq verib. "Topçular" 26 yaşlı futbolçunun sözləşməsində olan 60 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirəcək.
Qeyd edək ki, Martin Subimendi cari mövsüm ərzində keçirdiyi 44 oyunda iki qol və eynisayda məhsuldar ötürmə müəllifi olub. Onun "Real Sosyedad"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.