Rusiya Prezidenti Vladimir Putin yeni Roma Papası XIV Levə təbrik məktubu ünvanlayıb.
Senzor.az bildirir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
Putin təbrikində əvvəlki pontifik zamanı mövcud olan Rusiya ilə Vatikan arasında dialoqun konstruktiv inkişafına əminliyini ifadə edib.
Rusiya Prezidenti XIV Levə ona həvalə edilmiş yüksək missiyanın yerinə yetirilməsində uğurlar, o cümlədən cansağlığı və firavanlıq arzulayıb.