AZ

Bəzi yollarda tıxac var - SİYAHI

Tıxac var.

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

2. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

4. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;

5. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

9. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

10. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

12. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

13. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

15. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;

16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

17. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

18. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

19. Zərifə Əliyeva küçəsində;

20. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

21. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
0
49
operativmedia.az

10Mənbələr