AZ

Böyükşor-Pirşağı yolunun bir hissəsi bağlı QALACAQ – SƏBƏB

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar hərəkət müvəqqəti məhdudlaşdırılacaq.

Bizim.Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadn xəbər verir ki, məhdudiyyət sabah saat 09:00-dan başlayaraq bir neçə saat qüvvədə olacaq.

Hərəkətin məhdudlaşdırlması ilə əlaqədar olaraq ərazidə sürücülərə alternativ yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",- deyə agentlik bəyan edib.

Bizim.Media

Seçilən
0
31
bizim.media

10Mənbələr