AZ

Sumqayıtda partlayış oldu -

Sumqayıt şəhərində fəaliyyət göstərən emalatxanalardan birində partlayış olub, xəsarət alan var. Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb. Məlumata görə, hadisə emalatxanadakı sobanın partlaması nəticəsində baş verib.Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
12
metbuat.az

10Mənbələr