AZ

Sumqayıtda emalatxanada partlayış: xəsarət alan var

Sumqayıt şəhərində fəaliyyət göstərən emalatxanalardan birində partlayış olub, xəsarət alan var.

Publika.az xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Məlumata görə, hadisə emalatxanadakı sobanın partlaması nəticəsində baş verib.

Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Seçilən
0
35
publika.az

10Mənbələr