AZ

Sabah 29 dərəcə isti olacaq

Azərbaycan ərazisində mayın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 16-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.
 
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
 
Seçilən
0
49
moderator.az

10Mənbələr