Bakı, TurkicWorld
Türkiyə 2025-cü ilin aprel ayında Çinə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz artaraq 990 min 76 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Çinə xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq, 4 milyon 132 min dollara bərabər olub.
Qeyd edək ki,2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 890 min 630 dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 199 min 463 dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 2 milyon 821 min 400 dollar məbləğində xalça ixrac edib.