Mayın 6-da ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliynin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bildirilib ki, narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.