Türkiyənin Sivas vilayətinin Koyulhisar rayonuna bağlı 54 ailənin yaşadığı Kayaören kəndi torpaq sürüşməsi və daşqın təhlükəsi səbəbilə köçürüləcək. Lakin yeni yaşayış yeri kimi seçilən ərazinin də eyni riskləri daşıması yerli sakinlərin narazılığına səbəb olub.
Miilli.Az xəbər verir ki, AFAD riskli zona elan edib və köçürülmə qərarı verilib.
AFAD tərəfindən Kayaören kəndinin yerləşdiyi ərazi torpaq sürüşməsi riski daşıyan zonalar siyahısına daxil edilib. Bu səbəbdən kəndin köçürülməsi barədə qərar qəbul olunub.
Əvvəlcə kəndin Yukarıkale kəndinin Topçulu məhəlləsinə köçürülməsi planlaşdırılsa da, iki kənd arasında münaqişə yaranacağı ehtimalı bu planı gündəmdən çıxarıb.
Yeni ərazi müəyyən edildi - işlərə start verildi
Bundan sonra Eyekkıran adlanan ərazidəki, Şahin ailəsinə məxsus torpaq sahəsi yeni yaşayış məntəqəsi kimi müəyyən edilib. İstimlak prosesi başa çatdıqdan sonra burada tikinti üçün şərait yaradlıb və işlərə başlanılıb.
Kəndlilər narazıdır: "Yeni ərazi də təhlükəlidir"
Lakin kənd sakinlərinin bir hissəsi bu qərardan narazı qalıb. Onlar bildiriblər ki, yeni seçilən ərazidə əvvəllər daşqın baş verib və torpaq sürüşməsi təhlükəsi mövcuddur. Buna görə kəndin ya köhnə yerində qalması, ya da daha uyğun bir sahəyə köçürülməsi tələb olunur.
Torpaq sahibləri: "Bizim xəbərimiz olmadan əlimizdən alındı"
Yeni yaayış sahəsi kimi seçilən torpağın sahibləri isə bu prosesin razılıq alınmadan həyata keçirildiyini deyir.
Kənd sakinlərindən Sedat Kaya məsələyə belə münasibət bildirib:
"Köçürülmək üçün seçilən yeni ərazinin zəmin yoxlaması aparılmayıb. Hətta rəsmi icazəsi olmadan texnika əraziyə daxil olub. Bu torpaqlar kənd sakinlərinin əkin sahələridir. Biz daha təhlükəsiz və münasib bir yerə köçmək istəyirik. Əgər bu mümkün deyilsə, köhnə yerimizdə qalmaq istəyirik. Oranın yeganə problemi yol infrastrukturudur, o da həll oluna bilər".
"Tarlamı icazəsiz aldılar"
Torpaq sahiblərindən biri olan 80 yaşlı Sırrı Şahin isə bildirib:
"Bu torpaq 1945-ci ildən bəri əkilir. Mənə xəbər verilmədən ərazim əlimdən alınıb. 93 min lirə kompensasiya veriblər, bu da beş qardaş arasında bölündükdə hər birinə cəmi 18 min lirə düşür. Mən bu torpaqda illərlə əziyyət çəkmişəm. İndi isə zəminsiz bir yerə bina tikirlər. Bu ədalətsizlikdir, mən torpağımı geri istəyirəm".
"Tarlama bina tikilməsin"
Torpaq sahiblərindən Arslan Şahin də narazılığını belə ifadə edib:
"Mən bu qərarla razı deyiləm. Tarlamda inşaat işləri aparılmasına icazə vermirəm. Ruhsatsız şəkildə tikinti aparılır. Şantiyənin buradan götürülməsini və torpağımın əvvəlki vəziyyətinə qaytarılmasını istəyirəm".
CİMER-ə müraciət edilib, işlər müvəqqəti dayandırılıb
Yaranan narazılıqlar səbəbilə kənd sakinləri Türkiyə Prezident Administrasiyasının CİMER platformasına müraciət ediblər.
Hazırda işlərin dayandırıldığı bildirilir.
Kənan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)