AZ

Türkiyədən Qazaxıstana aprel ayında avtomobil ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Qazaxıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz azalaraq, 7 milyon 691 min 39 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Qazaxıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 33 milyon 781 min 42 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 12 milyon 635 min 489 dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 3 milyon 145 min 722 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 14,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 37 milyon 970 min 141 dollar məbləğində avtomobil ixrac edib.

Seçilən
0
35
turkic.world

10Mənbələr