AZ

Hacıqabulda bəzi ərazilər subasmaya məruz qalıb - VİDEO

Hacıqabulda
Hacıqabulda bəzi ərazilər subasmaya məruz qalıb. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Hacıqabul rayonunda bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub. Məlumatlarla əlaqədar dərhal FHN-in Muğan Regional Mərkəzinin qüvvələri ərazilərə cəlb olunub. Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir. Bundan əlavə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən rayonun Qarasu kəndi yaxınlığında ferma ərazisində köməksiz vəziyyətdə qalmış 2 nəfər təxliyə edilib.

Seçilən
0
27
1news.az

10Mənbələr