AZ

Ərdoğan Fülya Öztürkü TƏLTİF ETDİ- FOTO

Türkiyənin tanınmış jurnalisti, Azərbaycan xalqının sevimlisi Fulya Öztürk daha bir nüfuzlu mükafata layiq görülüb.  Ajans.az-ın əldə etdiyi məlumata görə, o, “EY İYİ” media mükafatlandırma mərasimində “Ən Yaxşı Müxbir” adına layiq görülərək mükafatı şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlindən alıb. Fulya Öztürk peşəkar fəaliyyəti, xüsusilə müharibə və təbii fəlakət bölgələrindən hazırladığı reportajlarla ictimaiyyətin diqqətini çəkib və media sahəsindəki cəsarətli çıxışları ilə tanınıb. O, təkcə Türkiyədə deyil, Azərbaycanda da böyük rəğbət və sevgi qazanıb. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə hazırladığı reportajlarla Azərbaycan xalqının qəlbində xüsusi yer tutub. Qeyd edək ki, “EY İYİ” mükafatları hər il müxtəlif sahələrdə uğur qazanan jurnalist və media nümayəndələrinə təqdim olunur.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
2
Ajans.az

10Mənbələr