AZ

Türkiyədən Azərbaycana avtomobil ixracı apreldə yüksəlib

Bakı. Trend:

Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana avtomobil ixracını2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 6 milyon454 min 32 dollara çatdırıb.

Trend-in xəbərinə görə, bu barədə TurkicWorld-ə TürkiyəTicarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycanaavtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faizazalaraq, 26 milyon 70 min 44 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyəninavtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faizartaraq, 12 milyon 635 min 489 dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 3 milyon 145 min 722 dollarməbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı iləmüqayisədə 14,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025)Türkiyə 37 milyon 970 min 141 dollar məbləğində avtomobil ixracedib.

Məqalədə:
Seçilən
0
35
az.trend.az

10Mənbələr