Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 5-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2999, 1950, 1040, 1000, 1000, 1000, 999, 744, 713, 560, 498, 347, 43 manat və 90 avro pul vəsaitləri bank kartlarından oğurlanıb.