AZ

ABŞ ordusu Pentaqon yaxınlığında helikopter uçuşlarını dayandırdı

ABŞ ordusu Pentaqonun yaxınlığında hərbi helikopterlərin təlim uçuşları dayandırmaq məcburiyyətində qalıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtona gələn sərnişin təyyarələrinin təhlükəsizliyi üçün belə bir qərar verilib. Belə ki, 12-ci ordu aviasiya batalyonu iki təyyarənin Ronald Reyqan adına hava limanına enişini dayandırmaq məcburiyyətində qaldıqdan sonra bu əmri verib. Hər iki halda insidentə "Black Hawk" hərbi helikopterlərinin uçuşunun səbəb olduğu bildirilir.

Seçilən
0
14
publika.az

10Mənbələr