BAKI, 5 may. TELEQRAF
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Yasamal rayon sakini olan bir nəfər 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Sumqayıt şəhəri ərazisində isə polis əməkdaşları tərəfindən 1 qumbara və 7 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.